“Bank VTB (Azerbaijan)” ASC hüquqi şəxslər üçün bazara “Gömrük kartı” adlı məhsul çıxarıb.
Kart gömrük-keçid məntəqələrində gömrük vergilərini və rüsumlarını ödəmək üçün nəzərdə tutulub.
“Gömrük kart”ı 2 və yaxud 3 il müddətinə buraxılır və onun qiyməti müvafiq olaraq 30 və yaxud 40 manatdır. Bir hesab üçün maksimum 3 kart buraxıla bilər.
Kartın üstünlüyü gömrük ödənişlərini şirkətin digər xərclərindən ayırmasına imkan verməsidir. Şirkətlər “VTB Online” internet-bankinq vasitəsi ilə kart üzrə gömrük əməliyyatlarını izləyə, eləcə də kart hesablarını pulsuz artıra bilər. Bundan başqa, müştərilər kart ilə həyata keçirilən gömrük əməliyyatları barədə çıxarış əldə edə bilər.