Dövlət bankı Azər Türk Bank region filiallarının inkişafı layihəsi çərçivəsində Gəncə şəhərində yerləşən filialında depozit seyflərini müştərilərin istifadəsinə verib.
FED.az xəbər verir ki, qiymətlilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təqdim olunan müxtəlif ölçülü seyflər bir ay və on iki ay müddətinə icarəyə verilir. Qeyd edək ki, bir illik icarə haqlarına endirim tətbiq edilir.