Dolların ucuzlaşması ilə əlaqədar olaraq, gün ərzində bu valyutanın alış-satış qiymətlərində müəyyən dəyişikliklərə rast gəlmək mümkündür.
FED.az xəbər verir ki, bu gün dolların satış qiymətini 1.83-ə endirən Günay Bank hal-hazırda 1 ABŞ dollarının satışını 1.80 manata endirib. Sözügedən bank 1 ABŞ dollarının alışını 1.78 manatdan həyata keçirir.
Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərracın və həmin vaxtadək banklararası bazarda aparılan əməliyyatların nəticəsində manatın orta çəkili məzənnəsi 1,8251 səviyyəsində formalaşıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bu bank dolların satış qiymətini biraz da UCUZLAŞDIRDI
17:00
7 Fev 2017