Rəqəmsal bankçılıqda davamlı ilklərə imza atan “Unibank” ASC biznes sahibləri üçün daha bir xidmətini istifadəyə verib.
İndi sahibkarlar istədikləri vaxt Banka gəlmədən, istədikləri valyutada hesab bron edə bilərlər.
Bu yeni xidmət sahibkarlara həftənin bütün günləri, cəmi bir neçə dəqiqə ərzində minimal məlumatlar daxil etməklə, 3 dildə aktivasiya hesabı açmaq imkanı verir. Bronlaşdırılmış hesab 10 iş təqvim günü ərzində aktiv olur. Alınmış hesab nömrəsi kontragentlərə təqdim edilə və sənədlərdə göstərilə bilər. Bron edilmiş hesabdan sonrakı mərhələdə də istifadə etmək üçün tələb olunan sənədlər paketini 10 gün müddətində “Unibank”ın istənilən filialına təqdim etmək lazımdır. Hesab rekvizitləri dərhal hesab sahibinin elektron poçt ünvanına göndərilir.
Sahibkarlara hesab bron etmək üçün aşağıdakı linkdən istifadə edə bilərlər:
https://onlineservices.unibank.az/AccountOrder/index.html