“Unibank” ASC 25 illik yubileyi münasibəti ilə biznes sahiblərinə xüsusi endirim və hədiyyə paketi təqdim edir.
Sahibkarlar bu ayın sonuna qədər bir sıra məhsul və xidmətlərdə 25%-lik endirim əldə edəcəklər.
Söhbət “Unibank”da hesab açılmasından, əmək haqqı və biznes kartlarının alınmasından gedir. İş adamları həftə ərzində saat 09:00-dan 17:00-a qədər Bankın “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli” filiallarına və “Unibank - biznes mərkəzi”nə, eləcə də bölgə filiallarına müraciət edə bilərlər.