“Bank of Baku” ASC iş adamları üçün yeni kredit kampaniyasına başlayıb. Kampaniya müddətində kiçik və orta sahibkarlıq krediti və ya mikrokredit məhsulu üzrə müraciət edən müştərilər biznes kreditini 3% endirim və 0% komissiya ilə əldə edəcəklər.
Sahibkarlıq fəaliyyəti göstərən şəxslər 20 000 manatadək mikrokreditləri illik 3% endirim və 0% komissiya ilə, kiçik və orta sahibkarlıq kredit məhsulunu əldə etmək istəyən müştərilər isə 300 000 manatadək kreditləri illik 20%-dən başlayan faiz dərəcəsi ilə əldə edə bilərlər.
Dekabrın 30-dək davam edən kampaniyadan Bankın həm yeni, həm də təkrar müştəriləri faydalana bilərlər.