Biznes hədəflərinə nail olmaq üçün Bank Respublika aqrokredit məhsulunu təklif edir. Bu bank məhsulu aqrar sektorunda çalışan sahibkarlara dəstək vermək və onlara sərfəli şərtlərlə kreditlərin verilməsi məqsədini güdür.
Aqrokreditin maksimal məbləği 500 min manat (USD və Avro ekvivalenti də verilə bilər) təşkil edir, müddəti isə 6 aydan 24 ayadək ola bilər (müştərinin istəyi ilə müddət artırıla bilər).
Kredit fərdi şərtlərlə təklif edilir və hər bir biznesin xüsusiyyətlərini nəzərə alır. Həmçinin, müştərinin istəyi ilə sərbəst ödəniş qrafiki də təklif oluna bilər. Hər bir sahibkarın maraqlarını nəzərə alaraq, bank tərəfindən 6 aydan 12 ayadək güzəşt müddəti də tədbiq edilir.