28 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) “Unibank Kommersiya Bankı” ASC-nin faizli, sənədsiz, adlı təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir :
Qiymətli kağızın ISIN kodu |
AZ2011002022 |
Emissiya həcmi |
10 000 000 USD |
Nominal qiyməti |
1000 USD |
Hərrac qiyməti |
10 000 USD |
İstiqrazların tədavül müddəti |
6 il (2190 gün) |
Faiz dərəcəsi |
6% |
Faiz gəlirinin ödəniş müddəti |
3 aydan bir (90 gün) |
Anderrayter |
Unicapital İŞ ASC |
Emitentin qərarına əsasən, tələb təklifdən çox olduğu halda hərracın kəsmə qiymətilə eyni qiymətdə təqdim edilən sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.
Unibankın istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilmişdir.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.