Martın 6-da Bakı Fond Birjasında (BFB) «BTB Bank» ASC-nin AZ2002009440 ISIN-li, 2 milyon AZN həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, yerləşdirmə zamanı 3 investor tərəfindən ümumi məbləği 2 milyon manat olan sifarişlər verilib. Hərrac qiyməti 1000 manat olub. İstiqrazlar bütünlüklə yerləşdirilib. İstiqrazların ödəmə tarixi 5 mart 2021-ci ildir.