Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “BTB Bank” ASC-nin istiqrazları 3 mart 2020-ci il tarixində standart bazar seqmentində listinqə daxil edilİb.
FED.az xəbər verir ki, 5 mart 2020-ci il tarixində isə “BTB Bank” ASC-nin 2 000 000 (iki milyon) manat həcmində istiqrazlarının ticarəti həyata keçiriləcəkdir. İstiqrazların tədavül müddəti 1 (bir) təqvim ilidir (365 gün) və illik faiz dərəcəsi 9% olmaqla, yerləşdiyi tarixdən etibarən dövri olaraq hər rübün son iş günü ödəniləcəkdir.
İstiqrazlar təminatsızdır, geri satın alınma nəzərdə tutulmayıb
İstiqrazların emissiya prospekti Bakı Fond Birjasının internet səhifəsində “Listinqdə olan emitentlər” bölməsindən əldə edə bilər. Yerləşdirmə üzrə anderrayter “BTB Kapital İŞ” ASC-dir.
Dövlət qeydiyyat nömrəsi – İSİN | İstiqrazların növü və forması | İstiqrazların sayı | Hərrac tarixi | İstiqrazların hərrac qiyməti |
AZ2002009440 | Faizli təmin edilməmiş | 2 000
(ədəd) |
05.03.2020 | 1000 AZN |
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” bölməsində yerləşdirmişdir.