Azərbaycan investisya bazarına daha biri daxil olub. Belə ki, “BTB Kapital İnvestisiya Şirkəti” ASC yaradılıb. “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən şirkətin nizamnamə kapitalı 350 min manatdır.
ASC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov ev 27-də yerləşir.
Şirkətin qanuni təmsilçisi Cəfərov Ruslan Nazim oğludur.
“BTB Kapital İnvestisiya Şirkəti” bu ilin 15 fevral tarixində dövlət qeydiyyatına alınıb.