Böyük Britaniya Rusiyanın "Rostec" korporasiyasının əsas bankı olan "Novikombank"a qarşı sanksiyalar tətbiq edib.
Avropada Rusiya almazının satışı - QADAĞAN OLUNDU
FED.az xəbər verir ki, müvafiq sanksiyalar siyahısı Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin saytında dərc olunub.
Bununla yanaşı, Böyük Britaniyanın artıq sanskiya tətbiq etdiyi 27 Rusiya bankına qarşı əlavə məhdudiyyətlər qoyulub. Bu məhdudiyyətlər müxbir münasibətlərinin və ödənişlərin emalının qadağan edilməsindən ibarətdir.
Bu sanksiyaların Rusiyanın "Rossiya", "Sberbank", "Qazprombank", "Rosselxozbank" və s. banklarına şamil olunduğu qeyd edilib. (Trend)