Yapı Kredi Bank Azərbaycan 2018-ci ilin ilk rübünün nəticələrini elan edib. FED.az xəbər verir ki, bank bu rübü 660 min AZN mənfəətlə bitirib.
Bankınan verilən məlumata görə, məcmu kapitalı 64.5 milyon manata çatıb. Müqayisə qeyd edək ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 42% çoxdur və məcmu kapitalın 60 milyon manatı birinci dərəcəli kapitalın, yəni səhmdar kapitalının payına düşür. Kapitalın adekvatlıq əmsalında da irəliləmə müşahidə edilir. 2017-ci ilin ilk rübü ilə müqayisədə, 2018-ci ilin ilk rübündə kapitalın adekvatlıq əmsalı 53% möhkəmlənərək 24.5%-ə çatıbr.
Yapı Kredi Bank Azərbaycanın depozit portfelində artım müşahidə edilir. Bu barədə şərh edən bankın İdarə Heyətinin Sədri cənab Cenk Yüksel: “Yapı Kredi Bank Azərbaycana etibar edənlərin sayı gündən günə artmaqdadır. Ötən ilin ilk üç ayı ilə müqayisədə, bu ilin ilk üç ayında depozit portfelimiz 4.9%, o cümlədən fiziki şəxslərin tələbli depozitləri 19.6%, hüquqi şəxslərin tələbli depozitləri 4.2% artıb".
Bankın hesabatlarında eyni zamanda likvid aktivlərdə də artım müşahidə edilmişdir. Ötən ilin birinci rübü ilə müqayisədə bankın likvid akitvləri 2.9% artmışdır. Maraqlı məqam isə, bankın maliyyə institutlarına borcunun olmamasıdır. Belə ki, "Yapı Kredi Bank Azərbaycan" QSC Azərbaycan Mərkəzi Bankından əldə etdiyi kreditləri və digər yerli və beynəlxalq maliyyə qurumlarından əldə etdiyi kreditləri tamamilə bağlayıb.
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.
"Borcumuz yoxdur" - BANKDAN AÇIQLAMA
10:25
25 Aprel 2018