Ölkəyə ilk taksit kartını – Bolkartı qazandıran Bank of Baku, bu dəfə məhz Bolkartlıların könlünü oxşayacaq kampaniyalara start verir.
Belə ki, 02 fevral – Azərbaycan Gəncləri günü, 14 fevral – Bank of Baku-nun 27 yaşı və Sevgililər günü münasibətilə keçirilən aşağıdakı kampaniyalar nəinki Bolkartlıların sevincinə səbəb olacaq, eyni zamanda onlara hədiyyələr qazandıracaq:
- Kampaniya 1: DostBank-da Bolkart Gənc Debet kart sifarişi PULSUZ!
Kampaniya çərçivəsində müştərilər 01-03 fevral tarixlərində Bank of Baku-nun DostBank mobil tətbiqindən Bolkart Gənc debet kartını PULSUZ sifariş edə biləcəklər.
Bolkart Gənc debet kartını 27 yaşa qədər olan gənclər əldə edərək öz öz şəxsi vəsaitlərindən rahatlıqla istifadə edə bilərlər. Bolkart Gənc debet kartı sahiblərinə illik 5% GƏLİR, hər alış-verişdə CASHBACK qazanma və komissiyasız nağdlaşdırma kimi üstünlüklər qazandırır.
Kampaniyada iştirak etmək istəyən HƏR KƏS DostBank mobil tətbiqinin “Online Müraciət” bölməsindən “Debet Kart Sifarişi” hissəsinə daxil olmaqla kartı sifariş edə bilərlər.
Qeyd edək ki, DostBank mobil tətbiqi müştərilərə zaman və məkan fərqi olmadan bank xidmət və məhsullarından onlayn formada istifadə imkanı verir. Tətbiqi buradan yükləmək mümkündür: http://onelink.to/dostbank
- Kampaniya 2: Bolkart al, 127 AZN-lik alış-veriş et, 27 AZN BAL qazan!
Bank of Baku-nun 27 yaşı və “Sevgililər Günü” münasibəti ilə keçirilən kampaniya çərçivəsində 04-14 fevral tarixlərində Bolkart debet və ya Bolkart taksit kartı əldə edib, ümumilikdə 127 AZN alış-veriş edən müştərilər 27 AZN BAL HƏDİYYƏ qazanacaqlar.
Məlumat üçün bildirək ki, 1 BAL=1 AZN dəyərindədir. Yəni, 27 AZN BAL qazanmış müştəri Bolkartın keçərli olduğu partnyor mağazalarda 27 manatlıq alış-veriş edə və ya DostBank mobil tətbiqi vasitəsilə kommunal və ya digər ödənişlərini həyata keçirə bilər.
Kampaniya sadəcə həmin tarixlərdə yeni kart əldə etmiş və POS-terminal vasitəsilə ödəniş etmiş müştərilərə şamil olunur.
- Kampaniya 3: Bolkartla alış-verişlərə +3 TAKSİT HƏDİYYƏ!
Belə ki, 04-14 fevral tarixlərində Bolkartın partnyorlarında alış-veriş edən müştərilər ödənişlərinə +3 AY HƏDİYYƏ qazanacaqlar. Yəni, müştərilər 3, 6, 9, 12 və ya 18 ay müddətinə aldıqları məhsulun xərcini 6, 9, 12, 15 və ya 21 aya hissə-hissə ödəyə biləcəklər.
Bank of Baku-nun Bolkartlılara özəl elan etdiyi kampaniyalar haqqında daha ətraflı məlumatla bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bolkartın rəsmi veb səhifəsinə - www.bolkart.az və ya rəsmi Facebook səhifəsinə - www.facebook.com/Bolkart/ daxil olaraq tanış olmaq olar.
Daha ətraflı:
145 Məlumat Mərkəzi