Baharın gəlişi biznesinizin inkişafına təkan olsun!Sahəsindən asılı olaraq, illik 5% -dən başlayan biznes kreditləri və ya 8 faiz subsidiyanın sahibkarlara geri qaytarılması ilə Unibank yenə sizin yanınızdadır. Biznesinizə uyğun, sizə sərf edən kredit məhsulu üçün xeyli seçiminiz var. İstər “Unibank”ın öz kredit məhsulları, istərsə də Bankın əməkdaşlıq etdiyi Dövlət fondlarının təklif etdiyi çox sərfəli dəstək kreditləri, bu yaz biznesinizi xeyli canlandıracaq.
Eləcə də bax: Ölkənin ödəniş kartları ilə nağdsız ödənişlər üzrə - Lider Bankı Məlum Olub!
FED.az xəbər verir ki, “Unibank” KB-nın Korporativ biznes üzrə Baş inzibatçısı Tural Hüseynov bildirib ki, mövsümlə bağlı olaraq hazırda biznes kreditləşməsinin aktiv dövrüdür və sahibkarlar öz bizneslərinə uyğun olan kredit növünü rahatlıqla seçə bilirlər:
“Unibank biznesin güzəştli kreditləşməsində iştirak edən bütün Dövlət fondları ilə əməkdaşlıq edir. Biznes sahibləri öz tələbatlarına uyğun olaraq Sahibkarlığın İnkişafı Fondu, İpoteka və Kredit Zəmanət Fondu və Aqrar Kredit və İnkişaf Agentliyinin xəttilə ayrılan kreditlərdən faydalanmaq üçün “Unibank”a müraciət edə bilərlər. Dövlət fondlarının əsas məqsədi ölkəmizdə sahibkarlıq subyektləri layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi olduğundan, iş adamları üçün çox sərfəli şərtlərlə kredit ayrılır. Sahibkarlarımız Unibank filiallarına gələrək, yaxud onlayn formada kredit müraciəti edə bilərlər”.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.
Unibank-Biznesinizə daimi dəstək!