Yelo Bank mobil tətbiqinin funksionallıqlarını təkmilləşdirməyə davam edir.
"Yelo Bank"ın mikro krediti ilə - BİZNES MƏQSƏDLƏRİNİZƏ ÇATIN
Bu dəfə tətbiqin biznes hesabında mühüm yeniliklər istifadəyə verilib. Belə ki, mobil tətbiqdə sahibkarlarla yanaşı, hüquqi şəxslər də qeydiyyatdan keçə biləcəklər. Bundan əlavə, tətbiqində artıq aşağıdakı xidmətlər aktivdir:
- Hesablar arası köçürmələr
- Bankdaxili köçürmələr
- Ölkədaxili köçürmələr
- Büdcə ödənişləri
- ƏDV ödənişləri
- Konvertasiya
Yeniliklər bunlarla bitmir. Yelo biznes tətbiqində “İmzalar” menyusu əlavə olunub. Bunun sayəsində müştərilər bütün ödənişlərini izləyə və lazım olanları imzalaya bilərlər. Qeyd edək ki, sözügedən funksionallıqlardan yararlanmaq üçün Yelo biznes tətbiqinə ASAN İmza ilə daxil olunmalı və köçürmələr ASAN İmza ilə təsdiq edilməlidir.
Bankın ən müasir texnoloji həllər əsasında qurulmuş Yelo mobil tətbiqi sayəsində filiallarda təklif olunan bank xidmətlərindən məsafədən və təhlükəsiz şəkildə, 24/7 yararlanmaq mümkündür. Yaxın zamanda tətbiqdə müştərilərin rahatlığı üçün daha bir neçə funksionallığın əlavə edilməsi gözlənilir. Siz də Yelonun parlaq tətbiqini yükləyib, üstünlüklərindən tam faydalana bilərsiniz: https://bit.ly/ylkpt
Bank xidmətləri, o cümlədən maşın krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!