İlin əvvəlindən biznes kreditlərində orta faiz dərəcəsinin aşağı düşdüyü qeyd olunub. FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün faiz dəhlizinin parametrlərinin ictimaiyyətə açıqlanmasına həsr olunmuş mətbuat konfransında bildirib
Eləcə də bax:"Xarici borcun bir hissəsini daxili borca transformasiya etmək lazımdır"
“İlin əvvəlindən bəri biznes kreditlərinin orta faiz dərəcəsi 16,2% dən 11,1% dək düşüb. Bu onu göstərir ki, bizim monetar siyasətdə yəni faiz dərəcələrinin aşağı salınmasında biznes kreditlər kifayət qədər həssasdır. Amma istehlak kreditlərində bu dinamikanı görmürük. Orda kreditlərin faizləri təxminən eyni səviyyədə qalıb”-deyə Elman Rüstəmov bildirib.
“Monetar siyasətin yumşaldılması birtərəfdən görürük ki, özünü artıq transmissiya təsir effektini qorumaqdadır. Digər tərəfdən isə banklarda bu günləri ucuz krdit resursları yoxdur. Bankların əsas resurs bazası əmanətlərlə formalaşır. Çox vaxt düşünürlər ki, Mərkəzi Bank banklara kreditlər verməlidir. Bu Mərkəzi Bankın funksiyası deyil. Mərkəzi Bankın kredit portfeli çox deyil. Banklarla müqayisəd olduqca kiçikdir. Mərkəzi Bank banklara krediti ancaq likvidlik məqsədi ilə ancaq hesablaşma aparacaqlarsa bunun üçün verə bilər. Qanunla da bu belədir” – deyə baş bankir bildirib.