“Bank Avrasiya” bankların əksəriyyətindən fərqli olaraq biznes kreditlərini azaldıb, gücü daşınmaz əmlak kreditlərinə verib.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bank 2019-cu ildə müştərilərinə ümumilikdə 109 milyon 251 min manat kredit verib. Bu 2018-ci illə müqayisədə 10 milyon 245 min manat və ya 10,3% çoxdur. Belə ki, 2018-ci ildə bank müştərilərinə 99 milyon manat kredit vermişdi.
Bankın verdiyi istehlak kreditləri ümumi kredit portfelində çəkisi 3,1%-ni təşkil edib. Belə ki, 2019-cu ildə bank müştərilərinə 3 milyon 471 min manat istehlak krediti verib. Bu 2018-ci illə müqayisədə 1 milyon 587 min manat və ya 31,3% azdır. Bank 2018-ci ildə 5 milyon 057 min manat istehlak krediti vermişdi.
Bank Avrasiya istehlak kreditləri ilə yanaşı biznes kreditlərini də azaldıb. Belə ki, 2019-cu ildə bank iş adamlarına 63 milyon 131 min manat kredit verib. Bu göstərici 2018-ci illə müqayisədə 7 milyon 983 min manat və ya 11,2% azdır. 2018-ci ildə bank 71 milyon 114 min manat biznes krediti verib.
İstehlak və biznes kreditlərindən fərqli olaraq bank daşınmaz əmlak kreditlərini artırıb. Bank Avrasiya 2019-cu ildə qeyd edilən sahəyə 42 milyon 649 min manat kredit verib. Bu 2018-ci illə müqayisədə 19 milyon 814 min manat və ya 86,7% çoxdur. Bank 2018-ci ildə daşınmaz əmlak sektoruna 22 milyon 836 min manat kredit vermişdi.