“Azərbaycanın maliyyə sektorunda canlanma və bərpa proseslərinin getdiyini görürür”.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov sahibkarlarla görüşdə deyib.
Eləcə də bax: «Biznes kreditlərinin 61 faizi - 1 MİLYON MANATDAN BÖYÜK MƏBLƏĞDƏDİR»
“Baxmayaraq ki, sektorda kövrəklik qalıb, banklar restrukturizasiyanın başa çatdırmayıb, amma biz kreditləşmənin artdığını görürük. Lakin yenə də qeyd etmək istəyirik ki, burada başlıca drayver rolunu oynayan istehlak kreditləridir. Biznes kreditlərində əhəmiyyətli artım görmürük. Yəgin ki, bu günki toplantının da əsas müzakirə mövzularından biri bu olacaq. Yəni, biz necə edək ki, real sektorunun kreditləşməsini artıra bilək? Çünki, bu, bilavasitə iqtisadi artımla, iqtisadi dinamika ilə əlaqəsi olan seqmentdir”, - deyə o, qeyd edib.