Bu il ölkədə investisiya yatırımlarına yönəlik layihələrin maliyyələşdirilməsinə dövlət xüsusi diqqət ayıracaq. Ona görə də biznesə kredit ayıran bankların şərtləri və davranışları həm sahibkarlar, iş adamları eləcə də bu sektorun requlyatorlarının ciddi nəzarətindədir.
FED.az xəbər verir ki, bank sektorunda bu sahədə il müsbət xəbər Unibankdan gəlib. Beləki, bank bugün elan etdi ki, biznes sahibləri üçün bir aylıq komissiyasız kredit kampaniyası keçirir. Şərtlərə görə, yanvar ayı ərzində rəsmiləşdirilən biznes kreditləri komissiyasız, yəni 0% ilə olacaq. Bankdan
FED.az-a verilən məlumata görə, eyni zamanda Unibankın biznes sahibləri üçün 50% endirimli kampaniyası da davam edir. Yanvarın 31-dək Unibank-da hüquqi şəxs hesabı açan müştərilərə, 3 ay ərzində bank xidmətlərində 50% endirim ediləcək. Biznes sahibləri üçün keçirilən kampaniya aşağıdakı xidmətləri əhatə edir: - Konvertasiya əməliyyatları; - Manat və xarıcı valyuta ödənişləri; - Əmək haqqı layihəsi üzrə köçürmələr; - Nağd pulun çıxarılması; - Hüquqi şəxslər üçün kartın qiymətində endirimlər. Unibank-ın biznes müştərisi olmaq hansı üstünlüklər verir? - Sərfəli tariflər; - Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı; - Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi; - Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı; - Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması; - Sənəd dövriyyəsinin minimuma endirilməsi; - Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı; - Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefonuna zəng edə bilərsiniz.
Biznes kreditləri 0% oldu
11:02
11 Yan 2018