Azərbaycanda biznes kredit portfeli ən çox böyüyən bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların biznes kreditlərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Azər Türk Bank"da 6,5 dəfə, olmaqla qeydə alınıb. Məbləğ ifadəsi ilə bankın kredit portfeli 258,8 milyon manat həcmində artıb.
"Azər Türk Bank"dan sonra artıma görə ikinci yerdə 25,2% və ya 339,5 milyon manat göstərici ilə "Kapitak Bank" gəlir.
Kredit portfelini 24,1% və ya 79,3 milyon manat artıran "Unibank KB" üçüncüdür.
"Expressbank"ın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 23,9% və ya 27,1 milyon manat dəyərində böyüyüb.
"Azərbaycan Beynəlxalq Bankı"nın kredit portfelində təxminən 17,5% və ya 437,2 milyon manat artım baş verib.
Siyahıda 6-cı yerdə 15,2% (73,6 milyon manat) artımla "Bank Respublika" yer alıb.
İlk onluqda digər 4 bank "Bank Respublika" (113,4 milyon manat və ya 14,2%), "Bank VTB (Azərbaycan)" (9 milyon manat və ya 13,9%),"Paşa Bank" (349,5 milyon manat və ya 13,5%), və "AccessBank" (94,3 milyon manat və ya 12,1%) olub.
Hesabat rübündə 22 bankın 17-sinin biznes kredit portfelində artım baş verib.