Bu ilin ikinci rübünün maliyyə nəticələrinə əsasən ən yüksək biznes kredit portfelinə malik olan bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların balans hesabatı əsasında hazırladığı bankların biznes kredit portfelinin həcminə görə renkinqə istinadən xəbər verir ki, 4 bankın biznes kredit portfeli 1 milyard manatdan yüksəkdir.
Siyahının ilk pilləsində 2 milyard 862 milyon manat göstərici ilə bank sektorunun lideri olan ABB gəlir.
ABB-dən sonra ikinci yerdə "Paşa Bank" durur. Bankın biznes kredit portfeli 2 milyard 826 milyon manat təşkil edir.
Üçüncü yerdə ölkənin ən iri banklarından olan "Kapital Bank"ın biznes kreditlərinin həcmi 1 milyard 610 milyon manata bəraər olub.
"Xalq Bank"da isə bu göstərici 1 milyard 194 milyon manata yaxınlaşıb.
Növbəti üç bankın biznes kreditlərinin həcmi isə yarım milyard manatdan yüksəkdir.
Belə ki, biznes kredit portfeli "AccessBank"da 842 milyon manata yaxın, "Bank Respublika"da 835 milyon manatdan yüksək, "Yelo Bank"da isə təqribən 530 milyon manat olub.
Bundan başqa bu göstərici 5 bankda 350-400 milyon manat arası, 2 bankda 230-300 milyon manat arası, 3 bankda 120-200 milyon manat arası, 5 bankda isə 100 milyon manatdan aşağı olub.