“Biz hökumətə tövsiyə edirik ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) özəlləşdirilməsini tezliklə başa çatdırsın”.
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının yeni rəhbəri Nataliya Tamirisa deyib.
O həmçinin qeyd edib ki, təmsil etdiyi qurum hökumətin bununla bağlı addımlarını dəstəkləyir: “Heç bir ölkədə dövlət bankının özəlləşdirilməsi asan başa gəlmir. Hazırda beynəlxalq ekspertlərin dəstəyi ilə ABB-nin sağlamlaşdırılması və özəlləşdirilməsi həyata keçirilir və biz bunu dəstəkləyirik. Bu məsələnin yekunlaşdırılması bank sektorunda rəqabət mühitini gücləndirəcək”.