NBC Bank son iki ildə ilk dəfə ili mənfəətlə başa vurub. FED.az bankın hesabatına əsasən məlumat verir ki, bankın gəlirləri 2 milyon 914 min manat olub. 2017-ci ildə faiz gəlirləri 2,3 milyon azalaraq 13 milyon 894 min manat təşkil edib. Qeyri-faiz gəlirlərində də cüzi azalma olub və 2017-ci ilin yekunu üzrə bu rəqəm 3 milyon 142 min manatdır.
Bankın cəmi aktivlərinin həcmi 204,1 mln. manat təşkil edir, bu isə 2016-ci illə müqayisədə artım deməkdir. Bankın balans göstəricilərində diqqətçəkən rəqəmlərdən biri də nağd vəsaitlərdir. Beləki, bu rəqəm son 7 ildə ilk dəfə 3 milyon 572 min manata yüksəlib. Bankın nizamnamə kapitalı 64 milyon, xüsusi kapitalı 54 milyon manatdır.
Bankın cəmi öhdəlikləri ötən illə müqayisədə 41,3 mln. manata yaxın artaraq 147,3 mln. manat təşkil edib.
Bankın kredit portfeli 163 milyon 572 min manatdır. “NBC Bank”ın problemli kreditlərinin həcmi 12 mln. manatıdır. Kreditlər üzrə bankın məqsədli ehtiyatları 9 milyon 176 min manat, adi ehtiyatları isə 2 milyon 200 min manatdır.
Xatırladaq ki, bir qədər əvvəd NBC Bankın Rabitəbankla birləşməsi müzakirə edilirdi. Amma tərəflər pay bölgüsü mövzusunda razılığa gələ bilmədiklərinə görə, danışıqlar yarımçıq dayanıb.
Mənbə: https://nbcbank.az/about/financial-reports/