2024-cü il ərzində “BirKart BOKT” asılı müəssisəsinə 20 milyon 861 min AZN məbləğində investisiya edib.
FED.az bu barədə "Kapital Bank"ın illik maliyyə hesabatına istinadən xəbər verir.
Məlumata görə BOKT “Competo” MMC-dəki səs hüquqlu səhmlərinin faizini 48%-dən 60,3%-dək artırıb. Nəticədə, “Competo” MMC Bankın törəmə müəssisəsinə çevrilib.
Daha sonra, 2024-cü il ərzində “BirKart BOKT” “Competo” MMC-yə 31 milyon 245 min məbləğində əlavə investisiya etmişdir və törəmə müəssisəyə ümumi investisiyanın cəmi dəyəri 85 milyon 996 min AZN təşkil edib.
31 dekabr 2024- cü il tarixinə törəmə müəssisənin səhm kapitalı 122 milyon 038 min AZN (2023-cü il: 69 milyon 933 min AZN) təşkil edib və “BirKart BOKT”- un “Competo” MMC-dəki payı 70,47% (2023-cü il: 48%) olub.