31 mart 2022-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,934 min min ədəd bankomat quraşdırılıb ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 0,9% çoxdur.
Eləcə də bax: Azərbaycan bankları 1-ci rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI - YENİLƏNİR
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Martın sonuna Bakıda 1 574 ədəd (artım 0,8%), bölgələrdə 1 360 min ədəd (artım 1%) bankomat quraşdırılıb.
Respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 66,268 min ədəd təşkil edib ki, bu da 2021-ci ilin sonuna olan göstəricisindən 8,8% çoxdur.
Bununla yanaşı, Bakıda 44,235 min ədəd (artım 9%), regionlarda 22,033 min ədəd (artım 8,2%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 65,041 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98,1%-i quraşdırılıb. (İnterfaks-Azərbaycan)