Kapital Bank-dan nağd pul krediti almaq istəyənlərə daha bir müjdə!
Artıq müştərilər onlayn kredit götürərkən filialda rəsmiləşdirilən kreditlərlə müqayisədə 5%-dək daha sərfəli, endirimli illik faiz dərəcəsindən yararlana bilərlər.
Endirim əldə etmək üçün filiala getmədən Birbank rəqəmsal bankı, birbank.az və kapitalbank.az saytı vasitəsilə kredit sifariş etmək kifayətdir. Onlayn müraciət zamanı mobil nömrənizi və şəxsiyyət vəsiqənizdəki FİN kodu yazmaqla, cəmi 2-3 dəqiqə ərzində krediti onlayn rəsmiləşdirə bilərsiniz.
Digər bankda kredit öhdəlikləri olan müştərilər də faiz endirimindən yararlana bilərlər. Əmək haqqını Kapital Bank və ya digər istənilən bankdan alanlar, 30 000 manatadək nağd pul kreditini maksimum 59 ayadək müddətə ala bilərlər. Kampaniya 15 may 2023-cü il tarixinədək davam edəcək. Kredit şərtləri barədə ətraflı məlumat və müraciət etmək üçün – https://kbl.az/kb5pds.
Ölkənin ilk rəqəmsal bankı olan Birbank bir sıra üstünlüklərə və imkanlara malikdir: rahat qeydiyyat, kartlara və hesablara nəzarət, ödənişlər, taksit kartının və nağd pul kreditinin onlayn əldə edilməsi, əlavə keşbek imkanı və s. Ətraflı məlumat üçün Birbank tətbiqini yükləyin, https://birbank.az saytına daxil olun və ya 196 Məlumat Mərkəzinə zəng edin.