"Əksər bankların müşahidə şuraları formaldır, əsas səhmdar nə deyirsə, o olur".
Əksər bankların müşahidə şurasının üzvləri d, bank əsas səhmdar və ya onun müşahidə şurasında təmsil olunan nümayəndəsi tərəfindən idarə olunur.
FED.az xəbər verir ki, bunu 2-ci Bankçılıq Konfransında Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev bildirb.
O qeyd edib ki, bu gün banklarda müşahidə olunan bütün problemlərin səbəbi devalvasiya deyil.
"Son böhran göstərdi ki, əksər banklarda korporativ idarəetmə, audit işi və risk menecmenti düzgün qurulmayıb. Əksər banklarda risk menecmenti nəzarət orqanına göstəriş üçün təşkil edilib. Təcrübə göstərdi ki, risklərin idarə edilməsi zəifdir. İndi bütün problemləri devalvasiyanın üzərinə atmışıq. Amma razılaşmalıyıq ki, bu devalvasiya bütün banklara eyni dərəcədə təsir etmədi. Daha çətin vəziyyətdə olan bankın sahibləri nə üçün rəqibinin böhrandan az ziyanla çıxdığını təhlil etməlidirlər”.
Cavanşir Abdullayev qeyd edib ki, bank sahibləri, müşahidə şurası və idarə heyəti böhrandan dərslər çıxarmalıdırlar:
"Azərbaycanın 31 bankından 24-nə konsaltinq xidməti göstərmiş insanam. Bankların Müşahidə Şurasında əsas səhmdarlar deyil, müstəqil peşəkarlar təmsil olunmalıdır. Mərkəzi Bank belə təşəbbüsünü reallaşdırıdı, təəssüf olsun ki, başa çatdıra bilmədi. Müşahidə şuraları tam müstəqil, peşəkar üzvlərdən ibarət olmalıdır. Çünki əsas paya malik olan səhmdarın Müşahidə Şurasında təmsil olunması, gəlin etiraf edək ki, bank həmin şəxs tərəfindən idarə olunur. Onun müşahidə şurası formaldır”.
Cavanşir Abdullayev hesab edir ki, bu gün bir çox bankların çətin vəziyyətə düşməsinin əsas səbəblərindən biri peşəkarlar tərəfindən idarə olunmamalardır.