“Bəzən bir fiziki şəxsin bir neçə krediti olur. Kreditin hər birinin məbləği hər biri 10 min dollardan azdır, ancaq onların toplam kreditlərinin cəmi 10 min dollardan çoxdur”.
FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Komunikasiya Mərkəzinin (İİTKM) icracı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanını şəhr edərkən bildirib ki, fərman bu cür şəxslərə tətbiq olunmayacaq, onlara kompensasiya ödənilməyəcək: “Çünki fərmanda da göstərilib ki, bir şəxsə ödəniləcək vəsait 5 min dollardan artıq olmayacaq”.
Eləcə də bax: "Vətəndaşlar banklara ödənişləri dayandırmamalıdır"