Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən bankların aktivlərində kredit portfelinin (məqsədli ehtiyatlar çıxıldıqdan sonra xalis kreditlərin) payı orta hesabla 39,3% təşkil edib.
Bu, aparılmış araşdırma nəticəsində məlum olub.
Ayrı-ayrı banklarda isə sözügedən nisbət fərqlidir. Hesabat tarixinə, kredit portfelinin aktivlərə ən yüksək nisbəti "Bank Sil Vey"də qeydə alınıb - 87,2%.
Bu göstərici 4 bankda 70-80% arasında, 2 bankda 60-70% arasında, 6 bankda 50-60% arasında, 8 bankda 40-50% arasında, 5 bankda 30-40% arasında, 3 bankda 20-30% arasında, 1 bankda - Pakistan Milli Bankının Bakı filialında 8,9%, 1 bankda - İran Milli Bankının Bakı filialında isə 3,9% olub.
Göründüyü kimi islam dövlətlərinə məxsus bankların Bakı filialları üçün kreditləşmə priorotet deyil.
№ |
Bankın adı |
Bankın aktivlərində kredit portfelinin payı |
1 |
Bank Silk Vey |
87,2% |
2 |
Muğan Bank |
78,8% |
3 |
Atabank |
78,1% |
4 |
NBC Bank |
74,5% |
5 |
Bank VTB Azərbaycan |
70,7% |
6 |
Xalq Bank |
68,9% |
7 |
Dəmir Bank |
63,3% |
8 |
Günay Bank |
59,9% |
9 |
Access Bank |
58,4% |
10 |
Express Bank |
54,1% |
11 |
Turan Bank |
53,0% |
12 |
Nikoyl Bank |
50,3% |
13 |
Bank Avrasiya |
50,2% |
14 |
Bank BTB |
49,8% |
15 |
AFB Bank |
48,9% |
16 |
AGBank |
47,1% |
17 |
Naxçıvan Bank |
46,6% |
18 |
Unibank |
46,4% |
19 |
Bank of Baku |
45,4% |
20 |
Zıraat Bank Azərbaycan |
41,8% |
21 |
Amrah Bank |
41,4% |
22 |
Azər-Türk Bank |
39,1% |
23 |
Kapital Bank |
35,4% |
24 |
Azərbaycan Sənaye Bankı |
31,4% |
25 |
Azərbaycan Beynəlxalq Bankı |
30,7% |
26 |
Bank Respublika |
30,7% |
27 |
Yapı Kredi Bank Azərbaycan |
28,3% |
28 |
PAŞA Bank |
26,1% |
29 |
Rabitə Bank |
23,5% |
30 |
Pakistan Milli Bankı - Bakı |
8,9% |
31 |
İran Milli Bankı - Bakı |
3,9% |
|
Orta hesabla |
39,3% |
Renkinq©