İpoteka və Kredit Zəmanət Fondu tərəfindən adi ipoteka kreditləri üzrə 2018-ci ildə 24 müvəkkil bank üzrə 247 mln. manat məbləğində limit müəyyən edilsə də, 193 965,96 min manat (78,53%) məbləğində, o cümlədən 9 bank üzrə 4-69%, 7 bank üzrə 70-81%, 8 bank üzrə isə 82-99% icra olunub.
FED.az xəbər verir ki, bu, Hesablama Palatasının İpoteka və Kredit Zəmanət Fondunun 2018-ci il üzrə fəaliyyətinə dair apardığı audit zamanı üzə çıxıb.
Eləcə də bax: İpoteka və Kredit Zəmanət Fondu bu il nə qədər - İPOTEKA KREDİTİ VERİDİYİNİ AÇIQLADI
Auditlə əhatə olunan dövr üzrə güzəştli ipoteka kreditlərinin verilməsi üçün 23 müvəkkil bank üzrə 80 mln. manat məbləğində limitin ayrılması təsdiq edilsə də, icra 66 813,4 min manat (83,52%) təşkil edib.
Sənəddə qeyd edilib ki, Fondun istiqrazları üzrə Milli Depozit Mərkəzinə 2018-ci il ərzində 502,5 min manat məbləğində, o cümlədən xidmət haqqının 125,2 min manatı nominalı müddət sonu ödənən istiqrazlar, 377,3 min manatı isə ipoteka istiqrazları üçün ödənilib. Lakin ipoteka istiqrazları üzrə xidmət haqqı dövriyyədə olan istiqrazların məbləğinə uyğun hesablamalar aparılarsa, ödəniləsi məbləğ 336 min manat, yəni 41,3 min manat az təşkil edərdi.
Adi ipoteka kreditləri üzrə müvəkkil banklara ayrılmış limitlər və onun icrası:
Müvəkkil banklar |
Yekun, AZN |
2018-ci ilin limiti çərçivəsində verilmiş kreditlər, AZN |
Limitdən istifadə (%) |
Nikoil Bank |
20 000 000 |
19 899 128 |
99,50 |
Bank Respublika |
10 000 000 |
8 033 448 |
80,33 |
Xalq Bank |
10 000 000 |
4 594 377 |
45,94 |
AGBank |
5 000 000 |
1 645 741 |
32,91 |
PASHA Bank |
10 000 000 |
7 058 742 |
70,59 |
Bank Avrasiya |
12 000 000 |
9 213 412 |
76,78 |
Kapital Bank |
10 000 000 |
6 236 699 |
62,37 |
Unibank |
5 000 000 |
3 380 737 |
67,61 |
Turanbank |
8 000 000 |
5 506 591 |
68,83 |
AFB Bank |
4 000 000 |
2 986 527 |
74,66 |
Premium Bank |
2 000 000 |
1 508 775 |
75,44 |
Bank BTB |
14 000 000 |
11 772 976 |
84,09 |
NBCBank |
36 000 000 |
33 262 079 |
92,32 |
Expressbank |
10 000 000 |
9 450 454 |
94,50 |
YapıKredi Bank Azərbaycan |
2 000 000 |
954 580 |
47,73 |
Azər-Türk Bank |
10 000 000 |
7 819 996 |
78,20 |
Rabitəbank |
22 000 000 |
20 653 541 |
93,88 |
Bank VTB (Azərbaycan) |
7 000 000 |
5 743 131 |
82,04 |
Günay Bank |
8 000 000 |
6 822 908 |
85,29 |
AtaBank |
2 000 000 |
779 959 |
39,00 |
Azərbaycan Beynəlxalq Bankı |
20 000 000 |
15 922 102 |
79,61 |
Muğanbank |
10 000 000 |
9 691 412 |
96,91 |
Amrahbank |
5 000 000 |
820 647 |
16,41 |
Azərbaycan Sənaye Bankı |
5 000 000 |
208 000 |
4,16 |
CƏMİ |
247 000 000 |
193 965 964 |
78,53 |
Güzəştli ipoteka kreditləri üzrə müvəkkil banklara ayrılmış limitlər və onun icrası
Müvəkkil banklar |
Yekun, AZN |
2018-ci ilin limiti çərçivəsində verilmiş kreditlər, AZN |
Limitdən istifadə (%) |
Bank Respublika |
500 000 |
471 260 |
94,25 |
Xalq Bankı |
5 000 000 |
4 049 781 |
81,00 |
AGBank |
2 000 000 |
59 380 |
2,97 |
PASHA Bank |
5 000 000 |
2 417 651 |
60,44 |
Bank Avrasiya |
1 500 000 |
1 471 563 |
98,10 |
Kapital Bank |
5 500 000 |
5 037 434 |
91,59 |
Unibank |
1 500 000 |
1 490 558 |
99,37 |
Turanbank |
3 000 000 |
2 117 196 |
70,57 |
AFB Bank |
1 000 000 |
949 322 |
94,93 |
Bank BTB |
1 500 000 |
1 362 284 |
90,82 |
NBCBank |
9 000 000 |
8 724 202 |
96,94 |
Expressbank |
1 500 000 |
1 221 022 |
81,40 |
YapıKredi Bank Azərbaycan |
1 000 000 |
695 273 |
69,53 |
Azər-Türk Bank |
11 500 000 |
11 402 509 |
99,15 |
Rabitəbank |
3 000 000 |
2 468 371 |
82,28 |
Bank VTB (Azərbaycan) |
1 000 000 |
920 923 |
92,09 |
Günay Bank |
9 000 000 |
8 782 302 |
97,58 |
AtaBank |
500 000 |
464 368 |
92,87 |
Azərbaycan Beynəlxalq Bankı |
3 000 000 |
2 450 323 |
81,68 |
Muğanbank |
8 000 000 |
7 411 441 |
92,64 |
Amrahbank |
5 000 000 |
2 846 186 |
56,92 |
CƏMİ
|
78 000 000 |
66 813 351 |
85,66 |
Apa