Livanın paytaxtı Beyrutda etirazçılar 3 banka hücum edib.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar təkərlərə od vuraraq bankların binasına atıblar.
Etirazlara səbəb Livanda iqtisadi və siyasi böhran fonunda bankların bağlanması və dolların məzənnəsinin artırılması olub.
Qeyd edək ki, Livan 3 ildən çoxdur ki, dərin iqtisadi böhran yaşayır. Böhranla əlaqədar olaraq ölkənin bank sistemi iflic vəziyyətə düşüb. Ölkənin milli valyutası isə dollara nəzərən 20 dəfədən çox ucuzlaşıb. Nəticədə isə əhalinin 70%-dən çoxu yoxsulluqla üzləşib.