Bolqar əsilli Kristalina Georgieva Beynəlxalq Valyuta Fondunun (BVF) sədri seçilib.
FED.az xəbər verir ki, BVF İcra Şurası, Georgievanın 1 Oktyabrdan etibarən BVF sədri olmasına qərar verdiyini açıqlayıb.
Eləcə də bax: Beynəlxalq Valyuta Fondunun rəhbəri - İSTEFA VERİB
Açıqlamada, Georgievanın vəzifə müddətinin 5 il olacağı qeyd olunub.
Ənənəvi olaraq BVF-nin sədri vəzifəsinə avropalı, Dünya Bankının sədri vəzifəsinə də ABŞ vətəndaşı seçilir.
Hazırda BVF-nin sədri olan Kristin Laqard (Christine Lagarde) Avropa Mərkəzi Bankının (ECB) sədri vəzifəsinə keçəcək.
1953-cü ildə Bolqarıstanda doğulmuş Georgieva, daha əvvəl Avropa Birliyi Komissiyasında üzv olaraq da işləmişdir.
Marja