"Expressbank"ın İdarə Heyəti Sədri İlham Həbibullayev: “Fitch Ratings"-in hesabatının nəticəsi müştərilərin bizə etimadının aydın və müstəqil göstəricisidir".
"Fitch Rating" beynəlxalq reytinq agentliyi Azərbaycanın aparıcı banklarından olan "Expressbank"ın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə növbəti dəfə təsdiqləyib. Mövcud reytinq Bankın cari bazar şəraitində sağlam mövqeyini əks etdirir.
Beynəlxalq reytinq agentliyinin araşdırmasında bankın ümumi və maliyyə göstəricilərinin daha da yaxşılaşdığı öz əksini tapıb. Dərc olunan hesabatda "Expressbank"ın sağlam kapital buferinə, limitli xarici valyuta riskinə və rahat likvidliyə malik olduğu vurğulanır.
Təsdiqlənmiş reytinqlər aşağıdakı kimidir:
- Long-Term IDR: affirmed at 'B', Outlook Stable
- Short-Term IDR: affirmed at 'B'
- Viability Rating: affirmed at 'b'
- Support Rating: affirmed at '5'
- Support Rating Floor: affirmed at 'No Floor'
Son illər ərzində dəyişkən iqtisadi çağırışlara baxmayaraq, “Fitch Ratings” agentliyi tərəfindən Expressbank- ın reytinqi dəyişilməz olaraq qalıb. Bu bankın maliyyə dayanıqlığını bir daha nümayiş etdirir.
"Expressbank"ın İdarə Heyəti Sədri İlham Həbibullayevin sözlərinə görə, müştərilərin etibarlı tərəfdaşı olan "Expressbank"ın maliyyə fəaliyyəti dəyişkən iqtisadi çağırışları nəzərə alaraq kifayət qədər uğurlu olub və bu, bir daha beynəlxalq agentliyin təsdiq etdiyi reytinqdə öz əksini tapıb:
“Beynəlxalq "Fitch Ratings" reytinq agentliyinin araşdırmalarının nəticələri gözlənilən idi. Son illərdə "Expressbank"da davamlı maliyyə stabilliyini qorunması istiqamətində aparılan işlər, bu nəticələrin ortaya çıxarmasına öz tövhəsini verib. "Fitch Ratings"in hesabatının nəticəsi müştərilərin bizə etimadının aydın və müstəqil göstəricisidir. Bankın apardığı uğurlu maliyyə siyasəti müştərilərimizə bundan sonra da müxtəlif təyinatlı bank məhsullarını və xidmətlərini təklif etməyə yaxşı imkanlar yaradır.”
Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan "Expressbank"ın ölkə ərazisində 15 filialı mövcuddur.