Bpnk rəhbəri ABB-nin 2018-ci il üzrə nəticələrinin də müsbət olduğunu bildirib. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı ili 426 milyon manat xalis mənfəətlə başa vurub: «Ötən illərdə dövlət tərəfindən sağlamlaşdırma tədbirləri çərçivəsində aparılmış maliyyə əqdlərinin nəticələri çıxılmaqla, bankın sırf əməliyyat fəaliyyətindən əldə etdiyi xalis mənfəət 200 milyon manat ətrafındadır».
A.İbrahimov bildirib ki, ilin sonuna bankın aktivləri 8 milyard manata yaxın olub. Kapital mövqeyi daha da möhkəmlənib, il ərzində bankın kredit portfeli 8%-dən çox artaraq 1.9 milyard manata çatıb: «Bütün bunlar, bir tərəfdən banka verilən dövlət dəstəyinin, digər tərəfdən də fəaliyyətin səmərəliliyinin və effektivliyinin artırılması üçün həyata keçirilən tədbirlərin nəticəsidir. Əlbəttə, yeni inkişaf mərhələsində olan bank üçün bütün bunlar hələ, sadəcə, gözəl bir başlanğıcdır. Bankımızda inkişaf prosesləri sürətlə davam etdirilir və daha böyük hədəflərə doğru irəliləyirik»-deyə ABB rəhbəri bildirib.Eləcə də bax: “Azərbaycan Beynəlxalq Bankı yeni Strateji İnkişaf Planını hazırlayır”- ABBAS İBRAHİMOV
Azərbaycan Beynəlxalq Bankı (ABB) bir neçə il əvvəl üzləşdiyi çətinliklərdən artıq tam xilas olub. FED.az bildirir ki, bu barədə, ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib. Onun sözlərinə görə, ötən 2 ildə həyata keçirilən sağlamlaşdırma tədbirləri və müştərilərin banka olan inam və etibarı sayəsində çətinliklər geridə qalıb: «Bankın aktiv və öhdəliklərinin restrukturizasiyası prosesi uğurla başa çatdırıldı. Həm maliyyə və kadr sağlamlaşdırılması, həm əməliyyat effektivliyi baxımından çox mühüm addımlar atıldı. Bütün bunların müsbət təsirlərini artıq müştərilərimiz və tərəfdaşlarımız hiss edir».
Bpnk rəhbəri ABB-nin 2018-ci il üzrə nəticələrinin də müsbət olduğunu bildirib. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı ili 426 milyon manat xalis mənfəətlə başa vurub: «Ötən illərdə dövlət tərəfindən sağlamlaşdırma tədbirləri çərçivəsində aparılmış maliyyə əqdlərinin nəticələri çıxılmaqla, bankın sırf əməliyyat fəaliyyətindən əldə etdiyi xalis mənfəət 200 milyon manat ətrafındadır».
A.İbrahimov bildirib ki, ilin sonuna bankın aktivləri 8 milyard manata yaxın olub. Kapital mövqeyi daha da möhkəmlənib, il ərzində bankın kredit portfeli 8%-dən çox artaraq 1.9 milyard manata çatıb: «Bütün bunlar, bir tərəfdən banka verilən dövlət dəstəyinin, digər tərəfdən də fəaliyyətin səmərəliliyinin və effektivliyinin artırılması üçün həyata keçirilən tədbirlərin nəticəsidir. Əlbəttə, yeni inkişaf mərhələsində olan bank üçün bütün bunlar hələ, sadəcə, gözəl bir başlanğıcdır. Bankımızda inkişaf prosesləri sürətlə davam etdirilir və daha böyük hədəflərə doğru irəliləyirik»-deyə ABB rəhbəri bildirib.