Azərbaycan Beynəlxalq Bankının (ABB) mənfəətlə işləməsi və oktyabrda keçirilфəcək səhmdarların toplantısında divident verilməsi məsələsinin müzakirəyə çıxarılması ediləcəyi ilə bağlı məlumatlar səhm bazarında Bankın səhmlərinə marağı kəskin artıb.
FED.az-ın əldə etdiyi məlumata görə, birjadankənar bazarda ABB-nin səhmlərinin qiyməti iki dəfə artaraq 10 qəpikdən 19-20 qəpiyə qalxıb.
Xatırladaq ki, bankın səhmlərinin nominal qiyməti 27 qəpikdir. Yəni hələ indi də bazar qiyməti nominal qiymətdən aşağıdır.
Qeyd edək ki, bir qədər əvvəl ABB oktyabr ayında səhmdarlarının Ümumi Yığıncağını keçirəcəyini elan edib. İclasda digər məsələlərlə yanaşı, 2018-cı ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi, bəzi problemli aktivlərin Bankın balansından silinməsi, Bankın səhmdarlarının səhmlərinin Bank tərəfindən geri alınması və digər məsələlər daxildir.