Beynəlxalq kredit reytinqi agentliyi "Moody's Ratings") Azərbaycan Beynəlxalq Bankının (ABB ) yerli və xarici valyutada uzunmüddətli bank depozitlərinin reytinqini Ba2-dən Ba1-ə yüksəldib və bu reytinqlər üzrə proqnozu "müsbət"dən "sabit"ə dəyişib.
FED.az xəbər verir ki, bu barədə "Moody's" məlumat yayıb.
Eyni zamanda, beynəlxalq kredit reytinqi agentliyi Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) ba3-dən ba2-yə yüksəldib.
Azərbaycan Beynəlxalq Bankı üzrə BCA-nın ba3 səviyyəsindən ba2 səviyyəsinə yüksəldilməsi bankın yaxşılaşdırılmış gəlirlilik, yaxşı aktiv keyfiyyəti, güclü kapital buferləri, geniş likvidlik və bazar maliyyələşdirməsindən məhdud asılılıq kimi davamlı təcrübəni əks etdirir.
Həmçinin BCA-nın yüksəldilməsi, Azərbaycan Beynəlxalq Bankının ölkənin ən böyük bankı kimi, hökumətin iqtisadiyyatın şaxələndirilməsi üzrə davamlı səyləri ilə dəstəklənən Azərbaycanda əlverişli əməliyyat mühitindən faydalanacağına dair Moody's-in fikirlərini əks etdirir. Qeyd edilib ki, bu, öz növbəsində, onun aktiv keyfiyyətini və gəlirliliyini dəstəkləyərək daha güclü biznes imkanlarına çevriləcək.
Azərbaycan Beynəlxalq Bankının yerli və xarici valyutada uzunmüddətli bank depozitlərinin reytinqinin Ba2-dən Ba1-ə yüksəldilməsi onun BCA-nın yüksəldilməsi ilə əlaqədardır. Azərbaycan Beynəlxalq Bankının uzunmüddətli depozit reytinqləri bankın BCA ba2 səviyyəsinə və bankın dövlət mülkiyyətinə və həm kredit, həm də müştəri depozitlərində böyük bazar payına malik ölkənin ən böyük bankı statusuna əsaslanaraq, ehtiyac yarandıqda Azərbaycan Hökumətindən dövlət dəstəyinin yüksək ehtimalını qiymətləndirilməsinə əsaslanır.