"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) emitentin uzunmüddətli defolt reytinqini "BB" səviyyəsində, reytinq üzrə proqnozu isə "neqativ" olaraq təsdiqləyib. Agentlik Bankın dayanıqlılıq reytinqini isə "b-"-dən "f"-ə endirib.
"Fitch" ABB-nin kredit reytinqini onun Azərbaycana verdiyi müstəqil reytinqə bərabər tutub və bu addımı zəruri olduğu hallarda Azərbaycan hökumətinin ABB-yə dəstək verəcəyi ilə əsaslandırıb. "Neqativ" proqnozun isə Azərbaycanla bağlı proqnozu əks etdirdiyi bildirilir.
Agentlik qeyd edir ki, ABB-nin dayanıqlılıq reytinqinin azaldılması Bankın uğursuz fəaliyyəti ilə bağlıdır. Belə ki, 2016-cı ilin I rübündə qeyri-sağlam aktivlərin başqa qurum tərəfindən alınması çox böyük kapital kəsirinin mövcud olduğunu ortaya çıxarıb. Agentlik Bankın kredit reytinqini 2016-cı ilin mart ayında qiymətləndirəndə onun zərərli aktivlərinin 3 mlrd. manat həcmində transferi nəzərdə tutulmuşdur, ilk yarımillikdə Bank tərəfindən təqdim olunan hesabatda isə rəqəmin 10 mlrd. manata yüksəldiyi aşkarlanıb.
Report©