Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Elmar Məmmədov vəzifəsindən kənarlaşdırılıb. Bank sektorundan əldə edilən məlumata görə, müvafiq qərar ABB-nin Müşahidə Şurasının iclasında verilib.
Müşahidə Şurasının digər qərarı ilə Xalid Əhədov E. Məmmədovu əvəzləyib. Xatırladaq ki, X. Əhədov dekabrın 2-dən etibarən "Azər Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edib.
X. Əhədovun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, X. Əhədov bank sahəsi üzrə fəaliyyətə 1999-cu ildən başlayıb. Bu günə qədər "Bank of Baku" ASC-nin İdarə Heyəti sədrinin müavini, "Unibank" ASC-nin icraçı direktoru, "Bank Standard" QSC-nin İdarə Heyətinin sədri olub və son günlərdə “Azəri-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edib.