Azərbaycan Beynəlxalq Bankının Qazaxıstana borcu 15 il müddətinə uzadılıb.
FED.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Qazaxıstanın maliyyə naziri Baxıt Sultanov bildirib ki, Qazaxıstan həmin vəsaitləri itirməyib, lakin bankın iflası həqiqətən baş versəydi, itki təhlükəsi ola bilərdi.
“Nəticədə 3,5% dərəcə ilə 250 milyon dolların 15 il müddətinə uzadılması baş verdi. Bu kağızlar (Azərbaycan Beynəlxalq Bankının istiqrazları) likvidlidir, buna görə də demək olmaz ki, biz, vəsaitləri itirdik. Əlbəttə ki, əvvəlki yatırımlarla müqayisədə fərq olacaq, lakin əsas məbləği itirməmişik. Bundan əlavə, 3,5% hesablanacaq. Bu beynəlxalq dərəcə hazırda suveren ölkələrin bazar dərəcələrinə yaxındır”, - deyə maliyyə naziri B.Sultanov qeyd edib.