“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT) idarəetməyə verdiyi problemli aktivlərin satışına başlanılıb.
“Aqrarkredit”dən verilən məlumata görə, hələlik 3 müəssisə satışa çıxarılıb.
Bu, Tbilisi şəhərinin (Gürcüstan) Samqori rayonunda yerləşən beton istehsalı müəssisəsi, Azərbaycanın Şəki rayonunun Qarasu kəndində yerləşən ət və süd məhsulları istehsalı müəssisəsi və Abşeron rayonunun Novxanı kəndində yerləşən şərab istehsalı müəssisəsidir.
Bununla belə, ABB-yə borc müqabilində girov qoyulmuş bu obyektlərin ilkin satış qiyməti açıqlanmayıb. Yalnız o məlumdur ki, hər 3 müəssisə hərrac yolu ilə satılacaq.
Report©