Ölkəmizdə üçüncü ildir ki, təşkil edilən “InnoWeek – İnnovasiya həftəsi” start götürüb. Dekabrın 19-a qədər davam edəcək tədbirin əsas məqsədi innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsidir.
Eləcə də bax: “YAŞAT” Fonduna köçürmələr Beynəlxalq Bankın - Mobil Tətbiqində
FED.az xəbər verir ki, tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, BMT İnkişaf Proqramının, İnnovasiyalar Agentliyinin, “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı ilə keçirilir.
Ölkəmizdə innovasiyaların inkişafına ardıcıl dəstək verən Azərbaycan Beynəlxalq Bankı da “İnnovasiya həftəsi”nin baş sponsorlarındandır. Tədbirin digər baş sponsorları isə BP və “BestComp Group” şirkətləridir.
Həftə çərçivəsində nəzərdə tutulmuş tədbirlər COVİD-19 pandemiyası ilə bağlı məhdudiyyətləri nəzərə alaraq onlayn keçirilir. İnnovasiya ekosisteminin formalaşdırılması prosesinin sürətləndirilməsi, gənc nəslin innovasiya sahəsinə marağının artırılması, o cümlədən, startap ideyalarının reallaşdırılmasına kömək məsələlərinə burada xüsusi diqqət yetiriləcək.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, Bankın Baş transformasiya inzibatçısı Taleh Tahirli ölkəmizdə innovasiya ekosisteminin formalaşdırılmasına dəstək tədbirlərinin Bankın fəaliyyətində əhəmiyyətli yer tutduğunu bildirib: “Bu ilin əvvəlində 1-ci IBA Regional Hakatonunu uğurla keçirdik. Bir neçə ay əvvəl yaratdığımız IBA İnnovasiya Mərkəzində isə 12 layihə artıq inkubasiya dövrünü başa çatdırıb. Onlar hazırda investorlara təqdim olunma ərəfəsindədir. Ötən ildən yaratdığımız IBA Tech Akademiyası da fəaliyyətini yeni proqramlarla davam etdirir. Ənənəvi “InnoWeek” tədbirinin məzmunu bizim bu sahədə hədəflərimizlə uzlaşır. Postpandemiya dövründə innovasiyalara maraq daha da artacaq və bu cür layihələr gələcək inkişafa töhfə verəcək”.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.