"Azərbaycan Beynəlxalq Bankı"nın baş direktoru Cəlal Orucov işdən çıxıb.
Bu barədə maliyyə bazarındakı mənbə bildirib.
Onun sözlərinə görə, C.Orucovun "PAŞA Bank"da yüksək vəzifəyə təyinat alacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin məzunu olan C.Orucov müxtəlif vaxtlarda Azərbaycan Mərkəzi Bankında və digər maliyyə qurumlarında fəaliyyət göstərib. Ölkəmizin ən böyük prosessinq mərkəzlərindən sayılan Milli Kart prosessinq mərkəzinin 2006-cı ildən icraçı direktoru olub. ABB-dəki son təyinata qədər isə Unibankın Texnologiyalar üzrə direktoru vəzifəsində çalışıb.