Azərbaycan Beynəlxalq Bankı (ABB) “Wilmington Trust Company” (ABŞ) şirkətinə 300 mln. dollar məbləğində zəmanət məktubu verib. Bu barədə Bankın yarımillik hesabatında bildirilir.
Məlumata görə, zəmanət məktubu Azərbaycanın “Silkway Airlines” şirkətinin 2 ədəd “Boeing B747-8F” modelli hava gəmisi və 1 ədəd “GEnx-2B67” modelli ehtiyat mühərrikinin idxalının maliyyələşdirilməsi məqsədi ilə verilib. Bu məqsədlə ABB və aviaşirkət arasında əqd bağlanılıb.
Bundan başqa, Bank ABŞ-ın “Cargill Financial Services International” şirkəti ilə ticarət yönümlü kredit sazişi imzalayıb. Saziş 2016-cı il ərzində ümumi dəyəri 558,9 mln. dollar olan bir neçə kreditin cəlb olunmasını nəzərdə tutur.
Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641,287 mln. manatdır. Bankın səhmlərinin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit"ə, 17,78%-i isə 13 qeyri-dövlət müəssisəsinə və 1 759 fiziki şəxsə məxsusdur.
Report©