Azərbaycan Beynəlxalq Bankı (ABB) 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə yeni kredit kampaniyasına start verib. Bankdan FED.az-a verilən məlumata görə, ABB-nin bütün əməkhaqqı və pensiya kart sahibləri bu kampaniya çərçivəsində nağd pul kreditini bankdan güzəştli şərtlərlə ala bilərlər.
Kampaniyanın özəllikləri:
• Kreditin məbləği - 15.000 manatadək
• Kreditin müddəti - 36 ayadək
• İllik faiz dərəcəsi - 2% endirimlə / 25%-dən başlayaraq
• Kredit 5000 manata qədər olduqda - zaminsiz
• Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ
Kampaniya 18 oktyabrdan 20 oktyabr tarixinə qədər keçərlidir.
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq olar. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Kredit rəsmiləşdirilən zaman müştəri Avtoödəmə sisteminə qoşulmaqla aylıq kredit borclarının ödənişini banka gəlmədən rahat bir şəkildə həyata keçirə bilər.
Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Beynəlxalq Bankdan yeni kampaniya - ZAMİNSİZ KREDİT
09:57
18 Okt 2017