Azərbaycan Beynəlxalq Bankı (ABB) xüsusi fəaliyyət sahələri ilə məşğul olan sahibkarlar üçün kampaniyaya start verib. COVID -19 pandemiyasına qarşı mübarizə dövründə tibb sahəsinin prioritet olduğunu nəzərə alaraq bu kampaniyadan ilk növbədə əczaçılıq və tibbin başqa sahələri ilə məşğul olan sahibkarlar faydalanacaqlar.
FED.az xəbər verir ki, kampaniya çərçivəsində bu sektorda fəaliyyət göstərən iş adamlarına Azərbaycan Beynəlxalq Bankı geniş çeşidli kredit paketi təqdim edir. Sahibkarlar bankın “Tərəfdaşlara anında dəstək”, “İnvoysların maliyyələşdirilməsi”, “Əmək haqqı layihəsinə dəstək”, “Dövriyyə krediti”, “İnvestisiya krediti”, “Biznes refinans” kredit məhsulunun, E-POS və E-COM kredit xəttinin üstünlüklərindən faydalana bilərlər.
Hər bir məhsul üzrə 1 milyon manatadək kreditləri aşağı faizlərlə, heç bir xidmət haqqı ödəmədən əldə etmək olar. Bu fürsətdən müvafiq sahələrdə fəaliyyət göstərən hər bir iş adamı yararlanaraq biznesini inkişaf etdirə bilər. Kredit üçün Bankın bütün filiallarına müraciət etmək mümkündür.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı sahibkarlara məsafədən bank hesabı açmaq imkanı da yaradıb. Bundan başqa, iş adamları Bankın təqdim etdiyi IBA Link xidmətindən faydalanaraq virtual POS-terminal əldə edib elektron kommersiya sistemlərini qurmaqla onlayn satışlar həyata keçirə bilərlər.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.