Azərbaycan Beynəlxalq Bankı öz korporativ müştəriləri üçün daha bir imkan yaradıb. Belə ki, korporativ müştərilərin İnternetBank sisteminin əməliyyat imkanları genişləndirilərək, sistemə əmək haqqı faylının yüklənməsi funksiyası da əlavə olunub.
Bankdan FED.az-a bildirilib ki, bu yeniliyin yaratdığı imkanlardan faydalanmaqla, korporativ müştərilər əmək haqlarının fərdi kart hesablarına köçürülməsi əməliyyatlarını indi daha uyğun, rahat və operativ şəkildə yerinə yetirə bilərlər. Bu funksiya əməkdaşların əmək haqlarının ödənişi, eləcə də digər sosial xarakterli ödənişlərlə bağlı bankla məlumat mübadiləsinin optimallaşdırılmasına, bu prosedurun sürətləndirilməsinə imkan verir.
Bankın həm fərdi, həm də korporativ müştərilər üçün yaratdığı İnternetBank xidməti hüquqi şəxs və sahibkar fiziki şəxs olan müştərilərə cari, əmanət, kredit hesablarını məsafədən idarə etmək və internet üzərindən müxtəlif bank əməliyyatları aparmaq imkanı verir.
36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.
Beynəlxalq Bankdan korporativ müştəriləri üçün yeni imkan
14:26
19 May 2017