11 Fevral Vergi İşçilərinin Peşə Bayramı Günü münasibətilə Azərbaycan Beynəlxalq Bankı yeni kredit kampaniyası elan edib.
FED.az xəbər verir ki, bankın əməkhaqqı kartına sahib olan hər bir vergi işçisi kampaniya müddətində nağd pul kreditini bankdan güzəştli şərtlərlə ala bilər.
Kampaniyanın özəllikləri:
- Kreditin məbləği - 20.000 manatadək
- Kreditin müddəti - 60 ayadək
- İllik faiz dərəcəsi - 2% endirimlə, 23%-dən başlayaraq
- Kredit 15000 manata qədər olduqda - zaminsiz
- Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ
Kampaniya 11 fevral tarixindən 15 fevral tarixinə qədər keçərlidir.
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əməkhaqqı kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.