Azərbaycan dövlətinin "Azərbaycan Beynəlxalq Bankı" ASC-də (ABB) payı yüksəldilib.
FED.az xəbər verir ki, bu, “Aqrarkredit” QSC səhmdar kredit təşkilatının ABB-dəki payının dövlətə ötürülməsi nəticəsində baş verib.
Beləliklə, dövlətin bankın səhmlərindəki payı 96,5 %-ə yüksəlib.
Eləcə də bax: “AGBank”dan birləşmə - AÇIQLAMASI
Qeyd edək ki, bankın Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışına əsasən, 01.12.2017-ci il tarixinə dövlətin ABB-dəki payı 80,49%-ə, “Aqrarkredit”in payı isə 14,56%-ə bərabər olub. Ümumilikdə dövlət və dövlət müəssisələrinin ABB-də birlikdə payı 95,05% təşkil edib.
Bundan başqa, 01.12.2017-ci il tarixinə qeyri-dövlət müəssisələri bankda 0,4%, fiziki şəxslər isə 4,55%-lik paya sahib olub.
Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışa əsasən Azərbaycan Beynəlxalq Bankı ASC-nin nizamnamə kapitalının strukturu (01.12.2017-ci il tarixinə)
Təsisçinin, iştirakçının (səhmdarın) adı |
Təsisçilər |
|
məbləğ, min Azərbaycan Manatı ilə |
Faktiki nizamnamə fon-na nisbətən %-lə |
|
Dövlət və dövlət müəssisələri |
1 179 835.16 |
95.05 |
O cümlədən, |
|
|
Azərbaycan Respublikası |
999 112.42 |
80.49 |
Aqrarkredit QSC |
180 722.75 |
14.56 |
Qeyri-dövlət müəssisələri |
4 910.00 |
0.4 |
Fiziki şəxslər |
56 542.08 |
4.55 |
Cəmi |
1 241 287.24 |
100.00 |
@apa.az