Müştəri burada lazımi əməliyyatları aşağıdakı ardıcıllıqla yerinə yetirir:
- 20 rəqəmli hesab nömrəsini sistemə daxil edib məlumatların düzgünlüyünü təsdiqləyir;
- Ödənişi həyata keçirmək üçün istifadə edəcəyi karta aid məlumatları göstərir;
- Ödənişin məbləği, valyuta növü və hesab nömrəsi barədə məlumatları bir daha təsdiqləməklə əməliyyatı tamamlayır.
Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının digər məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.